İdman

Superkubok matçının vaxtı dəyişəcək

28 İyul 2014 11:27
0 Şərh     Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Futbol üzrə Azərbaycan Superkubokunun vaxtı dəyişdirilə bilər. Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, "Neftçi" Avropa Liqasında pley-off mərhələsinə yüksələcəyi təqdirdə Peşəkar Futbol Liqasına müraciət olunacaq.

"Ağ-qaralar" çempionatın ilk turundakı matçı və Qəbələdə keçirilməli olan Superkubok görüşünün təxirə salınmasını xahiş edəcəklər.

Qeyd edək ki, "Çixura" və "Neftçi" arasında cavab matçı avqustun 7-də Gürcüstanda keçiriləcək. Bundan 2 gün sonra milli çempionat start götürəcək. Ona görə də "Neftçi" rəhbərliyi indidən PFL-i məlumatlandırmaq istəyir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.