İdman

"Çixura"nın baş məşçisi: "Neftçi" "Bursaspor" deyil"

27 İyul 2014 17:35
1 Şərh     Baxış: 1 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Mən səkkiz ildir ki, "Çixura"ya rəhbərlik edirəm. İndiyədək heç vaxt penaltilərdə bəxtimiz gətirməyib. Şadam ki, ilk dəfə bu uğura imza atdıq. Rəqibin sürətli hücumlarının qarşısını aldıq. Planlı şəkildə oyunu penaltilər seriyasına qədər uzatdıq".

Qol.az-ın məlumatına görə, bu sözləri Avroliqanın III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Çixura" klubunun baş məşqçisi Samson Pruidze "Bursaspor"la oyun (penaltilər - 4:1) haqda danışarkən deyib.


Gürcüstanlı mütəxəssis UEFA.com saytına açıqlamasında növbəti rəqibləri "Neftçi" haqda da fikirlərini bildirib:

"Neftçi"ni daha yaxşı tanıyırıq. Bu rəqibimiz haqda ancaq xoş sözlər deyə bilərəm. Əlbəttə ki, "Neftçi" "Bursaspor" deyil. Ancaq bu komandada yaxşı yerli və legioner futbolçular var. Biz sübut etdik ki, Avropanın orta səviyyəli komandalarına qarşı mübarizə apara bilərik. Əgər uğur bizim tərəfimizdə olsa, istənilən komanda üzərində qələbə haqda düşünə bilərik".

Xatırladaq ki, "Neftçi" - "Çixura" matçı iyulun 31-də, cavab qarşılaşması isə bir həftə sonra baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.