İdman

"Qırmızı şeytanlar" Ardanı istəyir

27 İyul 2014 16:14
0 Şərh     Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in Arda Turanı istəməsi faktı təsdiq olunub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, klubun prezidentinin köməkçisi baş məşqçi Lui Van Qalın türk əsilli oyunçunu istəməsi faktını təsdiq edib.

Qeyd edək ki, bundan öncə "Mançester Yunayted"in Arda Turanla bağlı "Ailetiko Madrid"lə danışıqlara başladığı bildirilirdi. İngiltərə mətbuatı xəbəri təsdiq edib. Nüfuzu "Daily Star" qəzeti "Mançester Yunayted"in prezidentinin köməkçisi Ed Vudvorda istinadən edərək, Van Qalın Türkiyə millisinin oyunçusunu komandasında görmək istədiyini yazıb. Xəbərdə qeyd edilir ki, Van Qal Arturo Vidal və Kevin Strotmanı transfer edə bilmədiyindən, üzünü Arda Turana doğru çevirib. Qəzetin xəbərinə görə, "MY" Turanın əvəzində "Atletiko"ya 19 milyon avro və portuqaliyalı Nanini vermək istəyir. İspaniya klubu isə Naninin keçməsinə müsbət baxdığı, amma türk futbolçunun qiymətinin daha baha olduğunu bildirərək, pulun artırılmasını istəyir.

"Metro" qəzeti də "Mançester Yunayted"in artıq 18 aydır Arda ilə yaxından maraqlandığını yazıb. Qəzetin digər xəbərinə görə, Arda bir müddət əvvəl "Liverpul"a keçməyə çox yaxın olub. İngilis klubunun baş məşqçisi Brendan Rocers təkidlə tük futbolçunu istəyib. Amma ingilislər pul məsələsində "Atletiko" ilə razılığa gələ bilməyiblər. Bundan sonra "Liverpul" "Benfika"nın futbolçusu Markoviçlə anlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.