İdman

Türkiyənin məşhur futbolçusunun başı bəlada

27 İyul 2014 11:18
0 Şərh     Baxış: 1 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paralel hökumətə qarşı əməliyyatlarda saxlanılan şübhəli polislərlə xatirə şəkli prokurorluğunu hərəkətə keçirib

Türkiyəli millət vəkili Hakan Şükürün çəkdirdiyi şəkillərdən biri başına bəla olub.

Anspress-in məlumatına görə, Türkiyənin ən məşhur futbolçularından biri, "Qalatasaray"ın sabiq ulduzu, millət vəkili Hakan Şükürün paralel hökumətə qarşı aparılan əməliyyatlarda saxlanılan şübhəli polislərlə xatirə şəkli çəkdirməsi İstanbul prokurorluğunu hərəkətə keçirib.

İstanbul prokurorluğu həmin fotoşəkillə bağlı istintaq işi başladıb.

Türkiyənin "Hürriyet" qəzetinin yaydığı xəbərdə bildirlir ki, Hakan Şükür əməliyyatlar zamanı saxlanılan polislərin olduğu həbsxanaya gələrək içəri girməyə cəhd edib. Həbsxanadakı nəzarətçi polislər ona mane olmağa çalışsalar da, o millət vəkili olduğunu xatırladaraq içəri girməyə nail olub.

Hakan Şükür içəri girdikdən sonra polislərlə xatirə şəkli çəkdirib ki, prokurorluq da məhz bu şəkilə görə onun haqqında istintaq işi başladıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.