İdman

Lempard "Çelsi"dən getdi

25 İyul 2014 14:42
0 Şərh     Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Frank Lempard ABŞ-ın "Nyu York Siti" klubu ilə razılığa gəlib. Milli.Az xəbər verir ki, bu barədə Trend klubun saytına istinadən məlumat verir.

ABŞ-ın MLS çempionatının növbəti mövsümünə 2015-ci ilin mart ayında start veriləcək. Çempionat başlayana kimi F.Lempard ikinci komandada - "Nyu York Melburn Siti" klubunda çıxış edəcək.

Qeyd edək ki, 36 yaşlı ingilis futbolçu 2001-ci ildən "Çelsi" klubunun şərəfini qoruyur. Bu müddət ərzində o, İngiltərə çempionu (2005, 2006, 2010), İngiltərə kubokunun sahibi (2007, 2009, 2010, 2012), Futbol Liqası kubokunun qalibi (2005, 2007), həmçinin Çempionlar Liqası (2012) və Avropa Liqasının (2013) qalibi titullarını qazanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.