İdman

Böyükağa Hacıyev: "Qalib gələcəyimizə əmin idim"

25 İyul 2014 13:15
3 Şərh     Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının II təsnifat mərhələsinin "Koper"lə cavab matçından sonra görüş haqda fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Sloveniya mətbuatına açıqlama verən təcrübəli mütəxəssis qalib gələcəklərinə əvvəldən inandığını bildirib:

"İlk oyundan sonra "Koper"i yaxşı analiz etmişdik. Bilirdik ki, rəqib əsasən müdafiədə oynayacaq. Bizim isə oyun fəlsəfəmiz hücum futbolu üzərində qurulub. Bakıdakı qarşılaşmada müəyyən səhvlərə yol verdik. Futbolçularım həmin səhvlərdən nəticə çıxarmışdılar. Qalib gələcəyimizə əmin idim. İlk oyundan sonra bildirmişdim ki, mərhələni adlamasaq, istefa verəcəyəm. Rəqibə də uğurlar arzulayıram. "Koper"in futbolçuları  əsl döyüşçüdürlər. Ancaq biz onlardan yaxşı oynadıq".

Xatırladaq ki, ilk oyunda rəqibinə 1:2 hesabı ilə uduzan "Neftçi" cavab matçında 2:0 hesabı ilə qalib gələrək Avroliqanın III təsnifat mərhələsinə yüksəlib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.