İdman

"Fənərbağça" haqqında son qərar!

25 İyul 2014 11:58
1 Şərh     Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İsveçrənin Federal Məhkəməsi Türkiyənin "Fənərbağça" klubunun şikayətinə baxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, məhkəmə CAS-ın (İdman Arbitraj Məhkəməsi) qərarının ləğvi və icrasının dayandırılmasını tələb edən İstanbul təmsilçisinin müraciətini araşdıraraq, yekun qərarını açıqlayıb.
 
Məhkəmə "Fənərbağça"nın iddiasını yersiz sayıb, tələbini rədd edib. Nəticədə UEFA-nın çıxardığı qərar qüvvədə qalıb.
 
Qeyd edək ki, oyun alqı-satqısında iştiraka görə UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılan "sarı-lacivərdlilər" həmin qərardan CAS-a şikayət etmişdilər. Sonuncu isə bu qərarı qüvvədə saxlayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.