İdman

"Formula-1" yarışlarının Azərbaycanda 2016-cı ildə keçiriləcəyi dəqiqləşib

25 İyul 2014 11:22
Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Formula-1" yarışlarının "Qran-pri" mərhələlərindən birinin Azərbaycanda 2016-cı ildə keçiriləcəyi dəqiqləşib.


APA-nın "Forbes" jurnalına istinadən verdiyi məlumata görə, bu barədə "Formula-1" yarışlarının rəhbəri Bernhard Ekklstoun bildirib.
  

B. Ekklistoun deyib ki, "Qran-pri" mərhələlərindən biri Azərbaycanda 2015-ci ildə keçirilsəydi, yarışların sayı həmin mövsümdə 20-dən çox olacaqdı: "Bu isə təqvimin həddindən artıq uzanmasına gətirib çıxaracaqdı. Təqvimin uzanması aparıcı komandaların narazılığına səbəb ola bilərdi. Odur ki, biz "Qran-pri" mərhələlərindən birinin Azərbaycanda 2016-cı ildə keçirilməsinə qərar verdik".
  

Qeyd edək ki, bundan əvvəl yarışmanın 2015-ci ildə keçirilməsi planlaşdırılırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.