İdman

Rodrigesin forması "Kral"a 2,5 milyon qazandırdı

25 İyul 2014 13:03
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Real Madrid" klubu yeni transferi Xames Rodrigesə xərclədiyi pulun bir hissəsini geri qaytarıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, klub Rodrigesin adı olan futbolkanın satışından 2,5 milyon avro qazanıb. "Real" bir neçə gün ərzində ən azı 50 min forma satıb.
 
Xatırladaq ki, "Real" Xames Rodrigesin alınması barədə bazar günü məlumat yayıb. Elə həmin gün "Santyaqu Bernabeu" stadionuna toplaşan 30 min azarkeş önündə futbolçu rəsmən təqdim olunub. Qeyri-rəsmi məlumatlara görə, "Kral" klubu kolumbiyalı futbolçuya görə "Monako"ya 80 milyon avro ödəyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.