İdman

İspaniya Superkubokunun keçirilmə tarixi açıqlandı

25 İyul 2014 11:09
1 Şərh     Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İspaniya Superkuboku uğrunda matçların keçirilmə vaxtı müəyyən olub. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Real" və "Atletiko" Superkubokun taleyini avqustun 19-da və 22-də keçiriləcək matçlar zamanı müəyyən edəcəklər.
 
İspaniya Kubokunun sahibi olan "Real Madrid" "Atletiko"nu avqustun 19-da "Santyaqo Bernabeu"da qəbul edəcək. İspaniya çempionu olan "Atletiko Madrid" isə avqustun 22-də "Visente Kalderon" stadionuna ev sahibi kimi çıxacaq.
 
Xatırladaq ki, "Real" İspaniya Superkubokunu 9 dəfə, "Atletiko" isə 3 dəfə əldə edə bilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.