İdman

UEFA reytinqi: Azərbaycandan rekord

25 İyul 2014 10:23
0 Şərh     Baxış: 2 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA-nın əmsallar cədvəli açıqlanıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda müəyyən dəyişikliklər olub.
  

Bu dəyişikliklər Azərbaycanın tarixinin rekordunu təkrarlaması ilə nəticələnib. Belə ki, ölkəmiz son 5 mövsümün nəticələrinə əsasən, toplanan əmsalını 10,375-ə çatdırıb. Bu isə futbol tariximizdə ən yüksək göstəricinin - ötən mövsümün sonundakı nəticənin təkrarıdır.
 

Qazanılacaq növbəti heç-heçə belə yeni rekordla nəticələnəcək. İndiki göstəricinin bu həddə çatmasında isə "Neftçi"nin qələbəsi rol oynadı. Sloveniyada "Koper"i 2:0 hesabı ilə yenən "ağ-qaralar"ın qazandıdığı 0,250 xal rekorda səbəb oldu.
  

Cari mövsüm toplanan 1,500 xalın 0,750-sini isə "İnter" əldə edib. Öz meydanında "Elfsborq"a 0:1 hesabı ilə yenilən bakılılar bu rəqəmi artıra bilməyiblər. "Qarabağ" isə aktivimizə 0,500 xal gətirib.
  

Lakin rekordun təkrarlanması ümumi sıralamadakı mövqeyə təsir etməyib. Azərbaycan hələ də 30-cu sıradadır. 29-cu olan Macarıstanla xal fərqi 0,250-də qalıb. Ən yaxın izləyicimiz - 31-ci olan Slovakiya ilə fərq də eynidir. "Slovan"ın Uelsdə TNS-ə 2 cavabsız qol vurması fərqin qorunması ilə nəticələnib. Ən yaxın izləyicimiz Slovakiya ilə xal fərqi də eynidir.

 

yer

Ölkə

xal
klublar
1

İspaniya

81.499
7/ 7
2

İngiltərə

68.534
7/ 7
3

Almaniya

65.272
7/ 7
4

Portuqaliya

53.632
6/ 6
5

İtaliya

52.843
6/ 6
6

Fransa

42.833
6/ 6
7

Rusiya

41.832
6/ 6
8

Ukrayna

36.166
6/ 6
9

Hollandiya

35.646
5/ 6
10

Belçika

28.800
5/ 5
11

İsveçrə

28.475
4/ 5
12

Türkiyə

27.600
4/ 5
13

Yunanıstan

26.800
5/ 5
14

Çexiya

26.625
4/ 4
15

Rumıniya

22.549
4/ 4
16

Avstriya

22.050
4/ 4
17

İsrail

20.500
2/ 4
18

Kipr

19.300
5/ 5
19

Xorvatiya

18.625
4/ 4
20

Polşa

17.750
3/ 4
21

Danimarka

17.200
5/ 5
22

Belarus

16.500
3/ 4
23

Şotlandiya

15.650
3/ 4
24

İsveç

15.525
5/ 5
25

Bolqarıstan

14.500
1/ 4
26

Norveç

14.075
2/ 5
27

Serbiya

12.625
1/ 4
28

Sloveniya

11.125
1/ 4
29

Macarıstan

10.625
2/ 4
30

AZƏRBAYCAN

10.375
2/ 4
31

Slovakiya

10.125
3/ 4
32

Qazaxıstan

9.625
3/ 4
33

Moldova

9.375
2/ 4
34

Gürcüstan

9.250
1/ 4
35

İslandiya

7.375
2/ 4
36

Bosniya və Hersoqovina

7.250
1/ 4
37

Finlandiya

7.000
1/ 5
38

Lixtenşteyn

6.000
1
39

Makedoniya

5.875
1/ 4
40

İrlandiya

5.750
4
41

Monteneqro

5.625
4
42

Albaniya

5.375
4
43

Lüksemburq

5.125
4
44

Şimali İrlandiya

4.875
4
45

Litva

4.500
4
46

Latviya

4.250
4
47

Malta

4.208
4
48

Estoniya

3.500
4
49

Farer adaları

3.500
1/ 4
50

Uels

2.875
4
51

Ermənistan

2.750
4
52

Andorra

0.833
3
53

San-Marino

0.499
3
54

Cəbəllütariq

0.250
2


Qeyd: klublar sütununda "/" işarəsindən əvvəl mübarizəni davam etdirən, sonra isə bütün klubların sayı əks olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.