İdman

Avroliqanın III təsnifat mərhələsinin cütlükləri

25 İyul 2014 11:00
0 Şərh     Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gün baş tutan 39 oyunla Avropa Liqasının II təsnifat mərhələsinə yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu görüşlərdən sonra III təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib.

Təmsilçilərimizdən yalnız "Neftçi" bu mərhələdə mübarizəni davam etdirir. İkinci təsnifat mərhələsində öz meydanında "Elfsborq"a (İsveç) penaltilərdə məğlub olan (3:4) "İnter" turnirlə vidalaşıb. "Neftçi" isə Sloveniyada "Koper"ə 2:0 hesabı ilə qalib gəlməklə mərhələ adlayıb. Son Azərbaycan Kubokunun qalibi III təsnifat mərhələsində "Bursaspor"u (Türkiyə) mübarizədən kənarlaşdıran Gürcüstanın "Çixura" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin oyunları 31 iyul və 7 avqust tarixlərində keçiriləcək.

31 iyul - 7 avqust

Avropa Liqasında III təsnifat mərhələsinin cütlükləri

"Neftçi" (Azərbaycan - "Çixura" (Gürcüstan)

"Elfsborq" (İsveç) - "Hafnarfyordur" (İslandiya)

"Karabükspor" (Türkiyə) - "Rusenborq" (Norveç)

"Trençin" (Slovakiya) - "Hall Siti" (İngiltərə)

"Sarayevo" (Bosniya və Herseqovina) - "Atromitos" (Yunanıstan)

"Çernomorets" (Ukrayna) - RNK (Xorvatiya)

"Omoniya" (Kipr) - "Metallurq" (Makedoniya)

"Real Sosyedad" (İspaniya) - "Aberdin" (Şotlandiya)

"Dinamo" (Moskva, Rusiya) - "Hapoel" (Kiryat-Şmona, İsrail)

"Sent-Conston" (Şotlandiya) - "Spartak" (Trnava, Slovakiya)

"Torino" (İtaliya) - "Brommapoykarna" (İsveç)

"Astana" (Qazaxıstan) - AİK (İsveç)

"Yanq Boyz" (İsveçrə) - "Ermis" (Kipr)

"Mayns" (Almaniya) - "Asteras Tripolis" (Yunanıstan)

PSV (Hollandiya) - "Sankt-Polten" (Avstriya)

"Zulte-Varegem" (Belçika) - "Şaxtyor" (Belarus)

"Dioşdyor" (Macarsıtan) - "Krasnodar" (Rusiya)

Qrödiq" (Avstriya) - "Zimbru" (Moldova)

"Petrolul" (Rumıniya) - "Viktoriya" (Çexiya)

"Mlada Boleslav" (Çexiya) - "Lion" (Fransa)

"Zarya" (Ukrayna) - "Mölde" (Norveç)

"Astra" (Rumıniya) - "Slovan" (Çexiya)

"Vikinqur" (Farer adaları) - "Rijeka" (Xorvatiya)

"Dinamo" (Minsk, Belarus) - ÇFR (Rumıniya)

"Styarnan" (İslandiya) - "Lex" (Polşa)

"Rux" (Polşa) - "Esbyerq" (Danimarka)

"Göteborq" (İsveç) - "Rio Ave" (Portuqaliya)

"Brügge" (Belçika) - "Brondbü" (Danimarka)

"Şaxtyor" (Qazaxıstan) - "Hayduk" (Xorvatiya)

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.