İdman

İdmançılarımız dünya birinciliyinin ilk günündə 3 medal qazanıblar

25 İyul 2014 09:59
0 Şərh     Baxış: 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçirilən I dünya birinciliyi Azərbaycan millisi üçün uğurla başlayıb.


Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışa 18 idmançı ilə qatılan yığmamız ilk gündə 2 gümüş və 1 bürünc medal qazanıb.
  

Təmsilçilərimizdən Minayə Əkbərova (29 kq) və Məhəmməd Əlizadə (33 kq) yalnız finalda uduzaraq, ikinci yerlə kifayətləniblər. Yarımfinal səddini keçə bilməyən Nərgiz Mirzəyeva (37 kq) 3-cü yeri tutub.

İlk gündə mübarizəyə qoşulan digər taekvondoçularımızdan Sevda Pirseyidova (33 kq) və Xəyyam Qasımov (37 kq) isə birinci döyüşlərində məğlub olublar.
  

Qeyd edək ki, bu gün komandamızın daha beş üzvü - Diana Hacəliyeva (33 kq), Aytən Süleymanova (44 kq), Aqşin Abdulov (41 kq), Həsən Həsənov (45 kq) və Ruslan Babayev (49 kq) gücünü yoxlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.