İdman

Velosiped idmanının kriterium ötüşməsi üzrə Azərbaycan birinciliyi başa çatdı - FOTO

24 İyul 2014 15:46
0 Şərh     Baxış: 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Veloparkda velosiped idmanının kriterium ötüşməsi üzrə Azərbaycan birinciliyi keçirilib.
 

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, U-15 və U-17 yaş kateqoriyası üzrə təşkil olunan yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 50-yə yaxın idmançısı iştirak edib.
 

15 yaşadək idmançılar hər biri 1000 metrdən ibarət 6 dövrə qət ediblər və qalib adını 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin nümayəndəsi Ravil Xıdırov qazanıb. Onun komanda yoldaşı Xankişi İsgəndərov 2-ci yeri tutub. İlk üçlüyü isə "Sərhədçi" İdman Olimpiya mərkəzinin nümayəndəsi Maqsud Həsənov tamamlayıb.
 

17 yaşadək velosipedçilərə gəlincə, onlar 1200 metrlik marşrut üzrə 16 dairə vurublar və bu kateqoriyada fəxri kürsüyə ancaq 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin nümayəndələri qalxıblar. Maksim Naperstkov, Nicat OruczadəMikayıl Səfərli digər rəqiblərindən daha yaxşı çıxış edərək ilk üçlükdə qərarlaşıblar.
 

Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif edilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.