İdman

"İnter"in müdafiəçisi: "Bunun səbəbini deyə bilmərəm"

24 İyul 2014 14:51
0 Şərh     Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Avropa Liqasının II təsnifat mərhələsində İsveçin "Elfsboq" klubu ilə qarşılaşacaq "İnter"in müdafiəçisi Matiya Şpiçiçin apasport.az saytına müsahibəsini təqdim edir.
  

- Bu gün "Elfsborq"la cavab qarşılaşmasına çıxacaqsınız. Komandanız bu oyuna hazırdır?

- Hər şey yaxşıdır. Meydana qələbə və növbəti mərhələ üçün çıxacağıq. Hazırlaşmışıq və oyunu gözləyirik. Matça ciddi yanaşırıq.
 

- İlk oyunda qələbə qazanmısınız. Demək olar ki, bu gün rahat oynayacaqsınız?

- Yox, daha ciddi yanaşmalıyıq. 1:0 təhlükəli hesabdır. Əgər rəqib bizə bir qol vursa, o zaman çətin olacaq. Ona görə də daha ciddi hazırlaşıb qol vurmalıyıq. Qələbə üçün oynamalıyıq.
  

- İsveçdəki oyunda qələbəniz gözlənilməz oldu...

- Çox maraqlı oyun oldu. Daha böyük hesabla qələbə qazana bilərdik. Amma əsas odur ki, səfərdə qol buraxmadıq və qələbə qazandıq. Eyni şeyi bu gün etməliyik. "İnter" bu mövsüm Avroliqada uğur qazanmalıdır.
  

- Püşkdə "İnter"in "Elfsborq"la oynayacağı bilindiyi vaxt hər kəs İsveç klubunu favorit sayırdı...

- Məncə, "Elfsborq"un məşqçi və futbolçu heyəti də belə düşünürdü. Amma biz özümüzə inanırdıq və heç kəsə qulaq asmırdıq. Favorit onlar sayılsa da, biz meydandan nəyə qadir olduğumuzu göstərdik və səfərdə qələbə qazandıq. İndi qalır Borasdakı oyunun təkrarını "Şəfa"da göstərməyə.
  

- Rəqibiniz pis günlərini yaşayır. Bu sizə kömək edəcəkmi?

- Məncə, onların hələ də növbəti mərhələ üçün şansları qalır. Bakıya da o şansdan istifadə etməyə gəliblər. Sadəcə biz buna imkan verməməliyik.
 

- Səfər oyununda əlinizə xeyli şans düşdü. Daha çox qol vurmaq imkanı olsa da, bundan istifadə edə bilmədiniz. Bunu hücumçu problemi ilə bağlamaq olar?

- Razıyam ki, daha çox qol vura bilərdik. Xeyli qol vəziyyətləri yaratdıq. Biz o imkanlardan istifadə etməliydik. Avrokuboklarda belə şeylər vacibdir. Nə qədər çox qol vursaydıq, o qədər yaxşı idi. Amma alınmadı. Probleminsə səbəbini deyə bilmərəm ki, hansı xətdə problemlər var.
 

- Ön xətdə problemlər olmasını baş məşqçiniz və rəhbərliyiniz də etiraf etmişdi..

- Bu mənim işim deyil. Sadəcə düşünürəm ki, İsveçdə yol verdiyimiz səhvləri burada etməməliyik. Boşluqları aradan qaldırmaq lazımdır. Əlimizə düşən imkanları dəyərləndirməliyik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.