İdman

"Koper"in baş məşqçisi: ""Neftçi" bahalı klubdur, amma..."

24 İyul 2014 12:48
0 Şərh     Baxış: 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün "Neftçi" ilə qarşılaşacaq "Koper" klubunun baş məşqçisi Radolfo Vanoli oyunla bağlı fikirlərini bölüşüb.

Milli.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis oyunöncəsi mətbuat konfransında "Neftçi"nin gücünə bələd olduqlarını bildirib:

""Neftçi"nin gücünə bələdik. Ancaq futbolçularıma inanıram. Öz oyunumuzu sərgiləsək, istədiyimiz nəticəni qazanacağıq. Bakıda çox intizamlı oynadıq. "Neftçi"nin bizimlə müqayisədə daha səviyyəli futbolçulara malik olduğunu bilirik. Maliyyə baxımından da "Neftçi" bahalı klubdur. Lakin bizdə komanda ruhu var. Azarkeşlərə və şəhərə qələbəmizlə sevinc bəxş etmək istəyirik".

Qeyd edək ki, "Koper" - "Neftçi" oyunu bu gün, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüşdə Sloveniya təmsilçisi qələbə qazanıb - 2:1.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.