İdman

Cüdo uzrə İsmayıllı birinciliyi keçirilib

23 İyul 2014 18:30
0 Şərh     Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İsmayıllı Olimpiya Kompleksində Gənclər və İdman Nazirliyinin 20 illiyinin yaranması münasibətilə cüdo uzrə İsmayıllı birinciliyi keçirilib.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, açılış mərasimində rayon ictimaiyyəti , Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov iştirak edib. Tədbirdə çıxış edənlər Gənclər və İdman Nazriliyinin yaranmasının 20 illiyi münasibəti ilə təşkil olunan yarışda idmançılara öz  tövsiyələrini veriblər. Daha sonra yarışa start verilib. Yarışa qatılan yeniyetmə cüdoçular ilk dəqiqələrdən qələbə qazanmaq üçün bacarıqlarını nümayiş etdiriblər. 137 nəfərdən ibarət idmançı yarışa qatılıb. 4 qrup üzrə  yarışan idmançılar ilk 3 yer uğruda mubarizə aparıblar. Qaliblərə diplom və kuboklar təqdim olunub. İlk dəfə olaraq İsmayıllıdan 2015-ci ildə keçirilən Avropa olimpiadasına çüdoçu Qurbanova Fəridə lisenziya əldə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.