İdman

"Qızıl Qran Pri" turnirinin final mərhələsində kimlər iştirak edəcək?

23 İyul 2014 18:02
0 Şərh     Baxış: 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İyulun 25-dən 27-ə qədər Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi baş tutacaq. "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək və turnirdə 35 ölkədən dünyanın 400-ə yaxın ən güclü pəhləvanları mübarizə aparacaqlar.

Milli.Az AGF-nin saytına istinadən xəbər verir ki, proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər yarışacaqlar. İyulun 26-da qadın, 27-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Sərbəst güləş yarışlarında ölkəmizi Əhmədnəbi Qvarzatilov, Yaşar Əliyev, Mahmud Məhəmmədov (hamısı 57 kq), Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov, Ənvərbəy Dalqatov (hamısı 65 kq), Ruslan Dibirhacıyev, Emin Əzizov, Hacımurad Ömərov (hamısı 70 kq), Əşrəf Əliyev, Cəbrayıl Həsənov (hər ikisi 74 kq), İbrahim Yusubov, Məhəmmədhacı Xatiyev, Məhəmməd Abdulxaliqov, Aleksandr Qostiyev (hamısı 86 kq), Xetaq Qazyumov, Roman Bəkirov (hər ikisi 97 kq), Əli İsayev, Aslan Dzebisov və Valera Rodriqes (hamısı 125 kq) təmsil edəcək.

Qadın güləşi yarışlarında 8 güləşçimiz mübarizə aparacaq. Heyətdə Mariya Stadnik, Kəmalə Əliyeva (hər ikisi 48 kq), Anjela Doroqan, Patimat Baqomedova (hər ikisi 53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Nadya Sementsova və Gözəl Zutova (hər ikisi 69 kq) yer alacaq.

Turnirin son günündə baş tutacaq yunan-Roma güləşçilərinin yarışında Rövşən Bayramov, Orxan Əhmədov, Taleh Məmmədov, Kamran Məmmədov (hamısı 59 kq), Həsən Əliyev, Azad Əliyev, Rövşən Tağıyev (hamısı 66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev, Ceyhun Əliyev (hamısı 71 kq), Rafiq Hüseynov, Niyaməddin İbrahimov (hər ikisi 75 kq), Emin Əhmədov, Elvin Mürsəliyev (hər ikisi 80 kq), Şəhriyar Məmmədov (85 kq), Araz Həsənov, Şalva Qadabadze, Saman Təhmasibi (hamısı 98 kq), Sabah Şəriəti və Səbuhi Hümbətov (hər ikisi 130 kq) mübarizə aparacaq.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi iyulun 25-də saat 17:00-da baş tutacaq. Sayca 7-cı dəfə keçiriləcək yarış "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.