İdman

""Zalsburq" kimi komandalar səhvləri bağışlamır"

23 İyul 2014 17:15
0 Şərh     Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Qarabağ"ın futbolçusu İlqar Qurbanovun apasport.az saytına müsahibəsini təqdim edir
  

- "Valletta"nı cavab oyununda böyük hesabla məğlub etdiniz. Oyunla bağlı nə deyə bilərsiniz?

- İlk növbədə, bu gün stadiona təşrif buyuran və arenanın əksər hissəsini dolduran azarkeşlərə təşəkkür edirəm. Onlar komandamızı dəstəkləməklə bizi də ruhlandırdılar. Səfərdə qələbə qazanmağımıza rəğmən çətin oyun olacağını bilirdik. Çünki Çempionlar Liqasında güclü komandalar yarışır. Yaxşı hazırlaşdıq. Oyunöncəsi müəyyən çatışmazlıqlarımız var idi. Xüsusilə də zədəli futbolçuları qeyd etmək istərdim. Buna rəğmən, qələbə qazanmağı bacardıq, həm də yaxşı oyun nümayiş etdirdik. Artıq bu oyunu unutmalı, "Zalsburq"la qarşılaşmanı düşünməliyik.
  

- Qələbə həm də Ağdamın işğal günü ərəfəsində əldə edildi. Oyunöncəsi bu məqam komanda üzərində təzyiq yaratmırdı?

- Əgər bu qələbəmizlə onların ürəklərini nisbətən də olsa, sakitləşdirməyi bacardıqsa, çox şadıq. Əlbəttə, Ağdam işğalı hamımız üçün ağır bir faktdır. Həyatdır, inşallah, Qarabağı geri qaytarıb, orada da oynayarıq.
  

- Növbəti mərhələdə Avstriya çempionu ilə qarşılaşacaqsınız. "Zalsburq" haqda hansı məlumata sahibsiniz?

- Çox çətin oyun olacaq. "Zalsburq"un gücünə bələdik. Ancaq təslim olmaq fikrimiz yoxdur. "Qarabağ" Avstriya çempionunu da məğlub etmək istəyir.
  

- Komandanı həmin oyuna hazır saymaq olarmı?

- Tam hazır deyilik. İlk oyun olduğundan müəyyən çatışmazlıqlarımız vardı. Həmin problemləri yoluna qoymağa çalışacağıq. Yəni bugünkü oyunda etdiyimiz səhvləri azaltmalıyıq. "Zalsburq" kimi komandalar səhvləri bağışlamır. Ona görə də maksimum dərəcədə az səhv etməliyik.
  

- İlk oyunun səfərdə, yoxsa Bakıda keçirilməsini istəyirsiniz?


- Fərqi yoxdur. Hər şey qismətdən asılıdır.
  

- "Zalsburq"un baş məşqçisi də oyunu izləyənlər arasında idi. Ola bilərmi, Qurban Qurbanov bunu nəzərə alıb, müəyyən "kartlar"ı gizlin saxladı?

- Öz oyun üslubumuz var. Bunu nümayiş etdirməyə çalışırıq. Gizlədiləsi bir şey yoxdur. Sadəcə, onlarla oyuna daha yaxşı hazırlaşmalıyıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.