İdman

"Elfsburq"un baş məşqçisini Bakıya gəlməyə qoymadılar

23 İyul 2014 15:56
0 Şərh     Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "İnter"in qonağı olacaq "Elfsborq" klubunun baş məşqçisi Klas İnqesson ölkəmizə gəlməyib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna 45 yaşlı mütəxəssisə ölkəmizə gəlməsi üçün vizanın verilməməsi səbəb olub.
  

Omba sümüyü qırıldığı üçün əlil arabası ilə gəzən İnqesson viza almaq üçün səfirliyə gec müraciət etməsi səbəbindən "İnter"lə görüşdə komandasının yanında ola bilməyəcək. Onun köməkçiləri Yanne MianPeter Vetterqrenlə telefonla əlaqə saxlayacağı bildirilir.

"İnter"in mətbuat xidmətindən qol.az saytına verilən məlumatda "Elfsborq"un baş məşqçisi Klas İnqessonun Bakıya gəlmədiyi təsdiqlənib.
 

Qeyd edək ki, "İnter" - "Elfsborq" oyunu sabah, saat 21:00-da başlayacaq. Bu komandalar arasında baş tutan ilk görüşdə "İnter" 1:0 hesabı ilə qələbə qazanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.