İdman

Rəşad Sadıqov: ""Zalsburq" ilə ilk oyunda sərfəli nəticə qazanmalıyıq"

23 İyul 2014 11:09
0 Şərh     Baxış: 1 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan çempionu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Malta "Valletta"sına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Milli.Az xəbər verir ki, azerisport.az-a istinadən xəbər verir ki, Sadıqov komandasının 4:0 hesablı qələbəsini belə şərh edib:

"Səfərdə qələbə qazanmağımız bu rəqibin zəif olmasından xəbər vermirdi. Sona qədər bu rəqibə ciddi yanaşdıq. Sakit oynamağa çalışdıq. Şadam ki, ev oyununda 4 qol vura bildik. Çoxlu qol vəziyyətlərimiz oldu ki, onların da bəzisindən yararlandıq. Qələbə həmişə xoşdu".

Malta klubu ilə hər iki oyunu zədə səbəbindən buraxan Sadıqov növbəti mərhələdə qarşılaşacaqları Avstriya "Zalsburq"u ilə görüşlərdə də meydana çıxmasının sual altında olduğunu deyir: "Buna həkimlər qərar verəcəklər. Hələ heç nə dəqiqləşməyib. "Zalsburq" çətin rəqibdi. Amma əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq. İlk oyun evdə olacaq. Ona görə də sərfəli nəticə qazanmağa çalışmalıyıq".

Kapitan növbəti rəqib barədə bunları söyləyib: "Zalsburq"a qarşı heç vaxt oynamamışam. Ona görə dəqiq necə komanda olduğunu deyə bilmərəm. Amma bu komanda müəyyən mənada iki il öncə qarşılaşdığımız Belçika "Brügge"sinə bənzəyir. Hər halda var gücümüzlə mübarizə aparacağıq. Ola bilər ki, bu gün ən yaxşı futbolumuzu göstərə bilmədik, amma qələbə qazandıq. Mümkündü ki, gələn dəfə çox yaxşı oynayarıq, amma mərhələ keçə bilmərik. Futbolda hər şey mümkündü. Alnımıza nə yazılıbsa, o da olacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.