İdman

Reynaldo rekordun astanasında

23 İyul 2014 10:57
0 Şərh     Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan klublarının heyətində Avrokuboklarda ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin "Valletta" (Malta) ilə cavab matçında fərqlənən Reynaldo 6-cı dəfə belə uğura imza atıb.

Bununla, "Qarabağ"ın braziliyalı bombardiri "İnter"li Baçana Sxadadzeyə çatıb. Hərəyə 6 dəfə Avrokuboklarda qol vuran cütlük zirvənin 1 addımlığındadır. Reynaldo və Sxadadze yalnız Rəşad Sadiqovdan geri qalır. Bu yay "Xəzər Lənkəran"a keçən sonuncu cari mövsümdə avrokuboklarda oynamadığından, legionerlərin hər ikisi onun rekordunu təkrarlamaq imkanına malikdir.
 

Avrokuboklarda 10 ən məhsuldar futbolçumuz

1
Rəşad Sadiqov
7
2-3
Baçana Sxadadze
6
2-3
Reynaldo Silva
5
4-5
Əfran İsmayılov
5
3-5
Rəşad Sadıqov
5
6-10
Badri Kvaratsxeliya
4
6-10
Branimir Subaşiç
4
6-10
Feliks Felipe Almeyda
4
6-10
Julius Vobay
4
6-10
Vüqar Nadirov
4

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.