İdman

Vaqif Sadıqov: ""Qarabağ" "Valletta"dan qat-qat üstündür”

22 İyul 2014 15:38
0 Şərh     Baxış: 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bu gün qələbə qazanan və mərhələni keçən tərəf "Qarabağ" olacaq. Bunu ona görə inamla deyirəm ki, ilk oyunda "Qarabağ"ın "Valletta"dan səviyyə baxımından qat-qat üstün olduğunu gördük".

Milli.Az xəbər verir ki, qol.az saytına açıqlamasında bu sözləri milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqav Çempionlar Liqasının II təsniaft mərhələsinin cavab oyunları  çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Valletta" matçı haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"ın ÇL-da mübarizəni davam etdirəcəyinə inandığını bildirib: "Komandamız rəqib qarşısında böyük üstünlüyə malikdir. Ancaq bütün fikirlər bu qarşılaşmaya yönəlməlidir. Bugünkü görüşü qələbə ilə başa vurmaq  lazımdır. İnanıram ki, yolumuzu davam etdirib, bundan sonrakı oyunlarda da uğurlu nəticə əldə edəcəyik".

"Qarabağ" "Valletta" səddini keçəcəyi halda III təsnifat mərhələsində Avstriya çempionu "Zalsburq"la qarşılaşacaq.

V.Sadıqov komandamızın potensial rəqibini dəyərləndirərkən qeyd edib ki, "Zalsburq" da "Qarabağ" üçün keçilməz komanda deyil: "Qarabağ" "Zalsburq"la qarşılaşsa, iddiasını ortaya qoymalıdır. Göstərməlidir ki, hədəf qrup mərhələsində oynamaqdır. Əvvəl-axır komandamız güclü rəqiblə qarşılaşmalıdır. Bunun üçüncü, yaxud da play-off mərhələsində olmasının fərqi yoxdur. "Qarabağ"ın üstünlüyü ondadır ki, güclü rəqiblərə qarşı toparlana bilir. Uzun müddətdir Çempionlar Liqasının arzusunda olan "Qarabağ" başa düşür ki, bu fürsətdən istifadə etmək lazımdır. Komandamız əlinə düşən imkanı dəyərləndirməli və hər birimizi sevindirməlidir. İnam olmayan yerdə işləmək olmaz. Hesab edirəm ki, güclü bir "Qarabağ" komandamız var. Artıq "Qarabağ" sözünü deməli və  Qarabağı Avropada tanıtmalıdır". 

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.