İdman

Dorinel Muntyanu: "Bu, Azərbaycanda eşitdiyim, hələ ki, ən böyük axmaqlıqdı"

22 İyul 2014 12:59
0 Şərh     Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanunun azerisport.az saytına müsahibəsini təqdim edir.

- Komandanızın Hollandiya toplanışı necə gedir?

- Hazırlığımız normal gedir. Zədəlilərimizin olmamasından razıyam. Hər şey yaxşıdı. Artıq iki yoxlama oyunu keçirmişik. Çempionata plana uyğun hazırlaşırıq.

- Yeni transferlər olacaq?

- Heyət möhkəmləndirilir. Yeni futbolçular da komandaya qoşulmaqdadı. Daha 2-3 futbolçunun yolunu gözləyirik. Portuqaliyalı hücumçu Yazalde artıq komanda ilə birlikdə hazırlaşır. Ondan əlavə daha ikisi gəlməlidi.

- Yeni futbolçular hansı mövqelər üçün nəzərdə tutulub?

- Mərkəz müdafiəçisinin yolunu gözləyirik. Bundan əlavə bizə hücum xəttində çıxış edən universal futbolçu lazımdı. O, həm hücumçuların arxasında, həm də cinah yarımmüdafiəçisi kimi çıxış edə bilir.

- Premyer Liqanın ilk turunda "İnter"lə qarşılaşacaqsız. Bu komanda Avropa Liqasında yaxşı oyun sərgiləyir...

- Rəqibə hörmətlə yanaşırıq. Azərbaycanı avrokuboklarda belə təmsil etdiklərinə hörə əhsən! Kiminlə oynamağından asılı olmayaraq, istənilən çempionatdakı ilk oyun çətin olur. Amma debüt həmişə vacibdi. "İnter"lə oyuna hazırlaşırıq. Bu komanda ilə görüşdə öz üstün cəhətlərimizdən yararlanmağa çalışacağıq. Rəqibdən çəkinmirik. Nəyə qadir olduğumuzu göstərməliyik.

- "Şiroki Briyeq"ə uduzduğunuz oyunlardan nə nəticə çıxarmısız?

- Geridə qalan müddətdə əlimin altında hansı material olduğunu, bu komandanın nəyə qadir olduğunu başa düşdüm. Məlum oldu ki, bəzi mövqeləri gücləndirmək lazımdı. Hazırlıq yetərsiz idi. Hazırda fiziki hazırlığa da diqqət yetiririk. Bir daha qeyd edirəm ki, Bosniya klubu ilə oyunlarda bəzi mövqelərdəki çatışmazlıqlar öz sözünü dedi. Amma Avropa Liqasındakı oyunları unutmuşuq və gələcəyə baxırıq.

- Mətbuatda belə bir informasiya yayılmışdı ki, siz Elnur Allahverdiyevlə Kamran Ağayevin oyun formasından narazısız. Allahverdiyevin Avroliqada buna görə oynamadığı da iddia olunurdu...

- Bu axmaq xəbərlər hardan çıxıb? Bu, Azərbaycanda çalışdığım qısa müddət ərzində eşitdiyim, hələ ki, ən böyük axmaqlıqdı. Mən heç vaxt komandamın daxili işlərinin mətbuatda yer almasına imkan vermərəm. Bu barədə isə yalnız onu deyə bilərəm ki, uydurmadı və heç bir həqiqətə uyğun deyil.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.