İdman

"Qarabağ"ın futbolçusu: "Hamı bu sualı verir mənə"

22 İyul 2014 11:31
11 Şərh     Baxış: 6 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Qarabağ" klubunun müdafiəçisi Qara Qarayevin Milli.Az saytına müsahibəsi

- Bugünkü oyuna komanda tam hazırdı?

- Kapitandan başqa hamı oyuna hazırdı. Çalışıb evdə qalib gəlməyə çalışacayıq.

- Kapitan niyə hazır deyil?

- Zədə səbəbindən ola bilər oyunu buraxsın.

- "Valletta"nın baş məşqçisi və oyunçuları iddialı danışırlar. Qələbə üçün Bakıya gəldiklərini və istədikləri nəticə ilə Maltaya yollanacaqlarını bildirirlər...

- İstəmirəm bu haqda danışım. Onların nə fikrləşdiyi bizə heç də maraqlı deyil. Biz öz işimizə, oyunumuza fikr verəcəyik.

- Oyunda hamı sizdən böyük hesablı qələbə gözləyir.

- Biz qalib gəlmək istəyirik. 1-0 olsun bizim olsun. Əsas qalib gəlməkdi. Böyük hesab ilə qalibiyyətdən danışmaq yersizdi. Əsas turu keçən tərəf biz olaq bu bəsdi.

- Deyilənə görə, Maltada "Valletta" öz oyununu tam göstərə bilmədi və nəticədə məğlub oldu. Bildirirlər ki, oyunumuz alınsaydı, qələbə qazanardıq.

- Bizim orada çox qol imkanlarımız oldu. Əgər onlardan istifadə etsəydik, indi heç kim belə danışmayacaqdı. Minimal hesablı qələbəmiz bu söz-söhbətlərin ortaya çıxmasına səbəb oldu. Buna baxmayaraq "Valletta" hədiyyə komanda deyil.

- "Qarabağ" "Valletta"nı keçsə, Avstriya çempionu "Zalsburq" ilə qarşılaşacaq. Bu komanda haqqında nə deyə bilərsən?

- Bu komanda haqqında niyə danışmalıyıq? Bütün hamı bu sualı verir. Bu oyunu keçək sonra o haqda danışaq.

- Artıq hamı "Qarabağ"ın Malta təmsilçisini keçdiyini düşünür. Ancaq "Zalsburq" səddini keçməyin mümkünsüz olduğu söyləntiləri dolanır və çoxları artıq fikri Avro Liqanın play-offuna yönəldib. Buna münasibətin?

- Heç kim deyə bilməz ki, biz növbəti mərhələdəyik. Biz hələ mərhələ keçməmişik. Bu gün çətin oyunumuz var və biz onu fikrləşirik. Növbəti tur haqqında heç nə demək istəmirəm.

Niyaməddin Şirinov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.