İdman

İngiltərə yığmasında şok: Cerrard getdi - FOTOSESSİYA

22 İyul 2014 10:37
0 Şərh     Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul" klubu və İngiltərə yığmasının kapitanı Stiven Cerrard ölkə millisinin heyətində karyerasını başa vurduğunu açıqlayıb.
 

Milli.Az The Guardian-a istinadən bildirir ki, 34 yaşlı yarımmüdafiəçinin belə addım atmasına Braziliyada keçirilmiş DÇ-2014-də "üç şirlər"in çox zəif çıxışı təsir edib.
 

"Qərar qəbul etməzdən əvvəl çox fikirləşdim. Amma sonra anladım ki, İngiltərə yığmasını tərk etməliyəm", - S.Cerrard deyib.

Stiven Cerrard 2000-ci ildən bəri İngiltərə yığmasının heyətində oynayır. O, 114 matçda meydana çıxaraq 21 qol vurub. 38 qarşılaşmada isə Stiven komandanın kapitanı olub.
 

İngiltərə yığmasının heyətində oyunlarının sayına görə Stiven Cerard yalnız Devid Bekhem (115) və Piter Şiltondan (125) geri qalır.

Stiven Cerrardın yığmadakı ilk oyunu 2000-ci ildə "Uembli"də Ukrayna millisinə qarşı matç (2:0) olub.
 

O, yığmanın heyətində EURO-2000, EURO-2004, EURO-2012, DÇ-2006, DÇ-2010 və DÇ-2014-də qatılıb. Son iki dünya çempionatında Stiven İngiltərə millisinin kapitanı olub.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.