İdman

Kriştianu Ronaldunun oğlu: "Deyirlər ki, anam ölüb" - FOTO

22 İyul 2014 10:25
5 Şərh     Baxış: 2 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Anamın harada olduğunu bilmirəm. Mənə deyirlər ki, ölüb, sağ deyil. Nənəm söyləyir".

İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldunun oğlu Kriştianyu belə deyir.
 

Milli.Az El Mundo-ya istinadən bildirir ki, 29 yaşlı Kriştianunun anası Dolores və bacısı Elma onun oğluna anası barədə heç nə demirlər.

Kriştianyunu 2010-cu ildə surroqat ana dünyaya gətirib.
 

Kriştianu Ronaldunun bacısı Elmanın sözlərinə görə, balaca Kriştianyu artıq anası barədə heç nə soruşmur: "Ona anasının öldüyünü deyəndən sonra sakitləşib, o qadın barədə artıq heç nə öyrənmək istəmir. Kriştianyuya demişik ki, anası çox uzaqlardadır, gəlməyəcək. O da sakitləşdi".

Kriştianyunu nənəsi Dolores böyüdür.
 

"Nəvəm indi anasını tanımır. Oğlum da deyir ki, nəvəmə onun anası barədə heç nə deməyək. Olsun, bu tələbə riayət edirəm. Amma Kriştianyu böyüyəndə anasını tanımaq istərsə, bu, onun qərarı olacaq. Nəvəmin qarşısını kimsə almaq niyyətində olmayacaq".
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.