İdman

“Real”ın qapıçısı polisi məhkəməyə verəcək

30 Oktyabr 2014 23:14
0 Şərh     Baxış: 1 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Real"ın qapıçısı Keylor Navas Kosta-Rika polisini məhkəməyə vermək niyyətindədir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, buna səbəb polislərin hüquqları olmadan onun şəxsi həyatını izləməsi olub.

27 yaşlı qolkiper özünü təhqir edilmiş kimi hiss edir: "Bildirmək istəyirəm ki, bu vəziyyət məni çox üzdü. Özümü təhqir edilmiş kimi hiss edirəm. ölkəm Kosta-Rikada öz vəkillərimə açılmış vəziyyətə uyğun olan bütün lazımlı işləri tapşırdım. Yaxın vaxtlarda onlar mənə qəbul edilmiş ölçülər haqqında məlumat verəcəklər".

Qeyd edək ki, daha əvvəl Kosta-Rika polisinin müxtəlif idarələrinin 20-dən çox əməkdaşının xidməti vəziyyətdən istifadə etdiyi məlum olub. Hüquq mühafizə orqanlarının nümayəndələri Navasın şəxsi həyatını və onun iki bacısını izləyiblər.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.