İdman

Avro-2020-nin Bakıda keçirilməsi üçün sifariş kitabı UEFA-ya təqdim olunub - FOTO

24 Aprel 2014 18:44
0 Şərh     Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avro-2020-nin Bakıda keçirilməsi üçün sifariş kitabı UEFA-ya təqdim olunub. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
 

2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün AFFA tərəfindən Bakı şəhərinin namizədliyi irəli sürülüb və 2013-cü il mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 

Sərəncama əsasən, sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub. Artıq AFFA tərəfindən sifariş kitabı hazırlanıb və təyin olunmuş vaxtdan əvvəl UEFA-ya təqdim olunub.
 

Xatırladaq ki, Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlər bu ilin sentyabrında müəyyənləşəcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.