İdman

Filipp Lam "Real" haqqında görün nələr dedi?

24 Aprel 2014 16:44
0 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bavariya"nın futbolçusu Filipp Lam Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"a məğlub (0:1) olduqları ilk oyundan sonra fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən yaydığı xəbərə görə, o, Madrid klubunun, əsasən, müdafiədə oynamasına təəccüblənmədiyini deyib: "Şanssız tərəf biz olduq. Hücumlar etsək də, qol vurmağı bacarmadıq. Qələbə qazanmağı çox istəyirdik. 90 dəqiqə ərzində bunun üçün çalışdıq. "Real"ın oyunu bizi təəccübləndirmədi. Əks-hücumlarla qol vurmağa çalışacaqlarını bildirik. Qələbə qazanmaq bu gün qismətimizdə deyildi".

F.Lam qeyd edib ki,cavab qarşılaşmasında növbəti mərhələyə yüksəlmək üçün əllərindən gələni edəcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.