İdman

"Barselona" Özilə göz dikdi

24 Aprel 2014 15:00
2 Şərh     Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Arsenal"ın futbolçusu Məsut Özil haqda yeni bir iddia ortaya atılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Barselona"nın "BTV" televiziya kanalı Kataloniya klubunun idman direktoru Andoni Zubizarettanın türk əsilli alman yarımmüdafiəçini çox bəyəndiyini bildirib. Televiziya kanalında proqramların birində Kataloniya təmsilçisinin mövsümün sonunda "Arsenal"a Özil üçün 30 milyon avroluq təklif göndərəcəyi iddia edilib.

Qeyd edək ki, Özil bu mövsüm London təmsilçisində 38 matçda iştirak edib və 6 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.