İdman

"Neftçi"də tələsik istefa: 20 mini ödəyə bilmədi - YENİLƏNİB

24 Aprel 2014 13:43
1 Şərh     Baxış: 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:43

"Düzdür, Tahir Süleymanov istefa ərizəsini yazıb. Ancaq tələsik qərar vermək istəmirəm. Buna baxacağıq".

Milli.Az xəbər verir ki, bu sözləri apasport.az saytına "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov deyib. "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov uzun müddətdir işlədiyi komandadan ayrılmaq qərarına gəlib. Bu səbəbdən də ərizə ilə klub rəhbərliyinə müraciət edib.

Sadıqov bildirib ki, vitse-prezidentin istefa ərizəsi haqda geniş danışmaq istəmir: "Onun istefası qəbul edilə də bilər, edilməyə də. Gəlin etiraf edək ki, onun komanda üçün böyük xidmətləri olub. Bütün bunlar nəzərə alınmalıdır. Tahir cəzalı olsa da, gedib oyunumuzu izləyib. İndi maddi imkanımız yoxdur, amma ona kəsilən 20 min manatı ödəyəcəyik".

Qeyd edək ki, Süleymanov istefa ərizəsini İntizam Komitəsinin onun haqqında çıxardığı 20 min manatlıq cəriməni ödəyə bilməməyi üzündən yazıb.

----------
13:28

"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov istefa verib.

Milli.Az xəbər verir ki, qol.az-a açıqlamasında Süleymanov özü bu haqda məlumat verib. O, "Rəvan"la bu gün keçiriləcək kubok oyunundan öncə istefa ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib. Klub rəsmisi istefasının səbəbini belə izah edib: "Son vaxtlar "Neftçi"yə qarşı təzyiqlər çoxalıb. İstəmirəm ki, mənə görə "Neftçi"yə ziyan dəysin. Bilirsiniz ki, cəza müddətim başa çatsa da, yenidən "Neftçi"nin oyunlarını canlı izləmək hüququndan məhrum olmuşam. Azərbaycan futbolunun problemi Tahir Süleymanovla bağlı imiş. Özümə borc bildim ki, istefa verim".

Qeyd edək ki, T.Süleymanov 4 il idi ki, "Neftçi"də çalışırdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.