İdman

Ronaldu: "Mən qorxurdum"

24 Aprel 2014 12:17
1 Şərh     Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu Almaniya "Bavariya"sı ilə Çempionlar Liqasının ilk yarımfinal matçındakı qələbəni şərh edib.

Milli.Az lent.az-a istinadən məlumat verir ki, portuqaliyalı hücumçu zədədən sonra oyuna hazır olduğunu bildirib. Bununla belə, Ronaldu meydanda olduğu 73 dəqiqə ərzində yenidən zədə alma riskini də qabardıb: "Mən qorxurdum, çünki 3 həftəlik yoxluğumdan sonra ilk matçım idi. Özümü yaxşı hiss edir və gələn oyunlarda komandaya kömək etməyə hazıram".

Ulduz futbolçu evdə 1:0 hesablı qələbəni yaxşı nəticə sayıb: "Çünki biz səfərdə qol vursaq, münhenlilərin finala çıxmaları çox çətin olacaq. Fikrimcə, cavab görüşü gərgin keçəcək. Kiçik üstünlüyümüz var, amma bunun finala çıxmağa yetərli olub-olmayacağına baxarıq".

Qeyd edək ki, cavab görüşü aprelin 29-da olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.