İdman

Ançelotti: "Çox çətin matç olacaq"

24 Aprel 2014 13:36
0 Şərh     Baxış: 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya qalib gəldikləri oyunu şərh edib.

Milli.Az  qol.az-a istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis 1:0 hesablı nəticədən məmnun qaldığını deyib: "Futbolçularımın da çıxışından razı qaldım. İlk dəqiqələrdə rəqib daha üstün idi. Amma yaxşı müdafiə olunub, istədiyimiz nəticəni əldə etdik". Təcrübəli çalışdırıcı cavab qarşılaşması haqda da danışıb: "Çox çətin matç olacaq. Buna görə də diqqətli olmalıyıq. Kimin finala yüksələcəyini bilmirəm, amma komandama güvənirəm".

Qeyd edək ki, bu komandaları arasına cavab qarşılaşması aprelin 29-da, Münhendə keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.