İdman

Azərbaycan Kuboku: "Qəbələ" və "Neftçi" finala çıxdı - YENİLƏNİB

24 Aprel 2014 21:15
3 Şərh     Baxış: 1 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
21:15

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.
 

İlk oyunda sərfəli heç-heçəyə imza atan "Rəvan" doğma meydanda "Neftçi" ilə qarşılaşıb. Son ölkə çempionu inamlı qələbə qazanaraq, ilk finalçı olub. "Qəbələ" ilə səfər matçında 3 cavabsız qolla uduzan "Xəzər Lənkəran" isə doğma meydanda sensasiyaya imza atmağa çalışıb. Lakin cənublular yalnız öz meydanında buraxdığı erkən qolun əvəzini çıxa bilib. Nəticədə, "Qəbələ" finala yüksəlib.
 

Azərbaycan kuboku

Yarımfinal
(cavab oyunları)

24 aprel

RƏVAN - NEFTÇİ - 1:3 (1:2)
Qollar: R.Qurbanov, 9 (0:1), X.M.Varea, 17 (1:1), Flavinyo, 18 (1:2), B.Bertuççi, 54 (1:3).
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Orxan Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev.
Bakı. "Bayıl Arena".
İlk oyun - 1:1.
 

Rəvan: 1. Lukas Sapela, 4. Mitya Moreç, 7. Elvin Həsənəliyev, 8. Julio Sezar, 14. Xuan Manuel Varea, 18. Oke Akpoveta, 19. Hüseyn Axundov, 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev, 40. Mişel Balokoq, 41. Kamil Kopunek.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 10. Tyaqo Mirasema, 11. Kamil Nurəhmədov, 17. Ramazan Abbasov, 20. Miloş Adamoviç, 24. Yamin Ağakərimzadə, 28. Boyan Markoviç.
Baş məşqçi: Güvenc Kurtar.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 23. Ruslan Qurbanov, 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 24. Ruzi Qiyaslı, 3. Denis Silva, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev, 21. Samir Məsimov.
Baş məşqçi: Böyükağa Hacıyev.
 

XƏZƏR LƏNKƏRAN - QƏBƏLƏ - 1:1 (0:1)
Qollar: V.Mendi, 21 (0:1), J.Nildo, 56 (1:1).
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Yaşar Abbasov, Vüsal Əliyev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov.
"Xəzər Lənkəran" mərkəzi stadionu.
İlk oyun - 0:3.
 

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi, 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 4. Alvaro Silva, 8. Deyan Blajevski, 18. Tural Cəlilov, 23. Nikola Qliqorov, 30. Elias Ribeyro.
Baş məşqçi: Mustafa Denizli.

Qəbələ: 1. Kamran Ağayev (k), 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 46. Davronjon Erqaşev.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 2. Rail Məlikov, 6. Vladimir Levin, 19. Abdulvahid Afolabi, 22. Lourival Assis, 42. Leonardo da Silva, 45. Murad Musayev.
Baş məşqçi: Yuri Syomin.


---------
19:07


Bu gün Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, "Rəvan" doğma meydanda "Neftçi"ni qəbul edib.

Matçda ilk qol "Neftçi"dən gəlib - 10-cu dəqiqədə Ruslan Qurbanov fərqlənib. 17-ci dəqiqədə "Rəvan" hesabı bərabərləşdirib.

Cəmi bir dəqiqə sonra Flavinyo hesabı yenidən "neftçilər"in xeyrinə dəyişib. 54-cü dəqiqədə Bertucci oyunda son nöqtəni qoyub - 1:3.
 

Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatdığından iki oyunun nəticəsinə görə "Neftçi" finala vəsiqə qazanıb.


Digər görüş isə Lənkəranda başlayıb. Burada "Xəzər Lənkəran" ilk oyunda 0:3 hesabı ilə məğlub olduğu "Qəbələ"ni qəbul edir.


----------
17:00


Milli.Az xəbər verir ki, Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

"Rəvan" - "Neftçi"

---------
11:43


Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Milli.Az qol.az-a istinadən xəbər verir ki, baş tutacaq iki oyunla finalçılar bəlli olacaq.

İlk qarşılaşma paytaxtda oynanılacaq. "Rəvan" doğma meydanda "Neftçi"ni qəbul edəcək. "Neftçi"nin meydanında qeydə alınan 1:1 hesabı "Rəvan"ın üstünlüyü sayılsa da, komandaların şansları bərabər qiymətləndirilir.

Digər görüş isə Lənkəranda baş tutacaq. Burada yerli "Xəzər Lənkəran" "Qəbələ"ni sınağa çəkəcək. "Qəbələ" ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub etdiyi üçün finala vəsiqəni böyük ölçüdə həll etmiş sayılır.

24 aprel (cümə axşamı)

Azərbaycan Kuboku, yarımfinalın cavab oyunları

17:00. "Rəvan" - "Neftçi" (İlk oyun - 1:1)
"Bayıl Arena" stadionu 19:00.

19:00. "Xəzər Lənkəran" - "Qəbələ" (İlk oyun - 0:3)
"Xəzər Lənkəran" mərkəzi stadionu

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.