İdman

Moyes qovulması ilə bağlı açıqlama verdi

24 Aprel 2014 14:30
0 Şərh     Baxış: 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məşqçi David Moyes "Mançester Yunayted"dən ayrılmasından sonra ilk dəfə danışıb.

Milli.Az-ın qol.az-a istinadən xəbərinə görə, dünən istefaya göndərilən şotlandiyalı mütəxəssis "MY" kimi klubda məşqçilik etdiyi üçün hər zaman qürur duyacağını deyib: "MY-nin təklifini heç bir tərəddüd etmədən qəbul etmişdim. Orada işləmək çox çətin idi. Mənə kömək olan bütün dostlarıma təşəkkürümü bildirirəm. Premyer Liqada və Çempionlar Liqasında bizdən istənilən nəticəni əldə edə bilmədik".

Moyes həmçinin bu çətin işdə ona inanan Aleks Fergüssona təşəkkürünü bildirib: "MY-da təcrübə qazandım. Komandanı Çempionlar Liqasının 1/4 finalına yüksəltdim. Buna görə hər zaman qürur duyacam. Mənim bu klubda məşqçilik etməyimi istəyən Fergüssona xüsusi təşəkkürümü bildirirəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.