İdman

Azərbaycan çempionu "Barselona" ilə görüşdü - YENİLƏNİB

24 Aprel 2014 23:22
0 Şərh     Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
23:22

Bu gün Bakıda futzal üzrə UEFA kubokunun final mərhələsinə - Dördlər finalına start verilib.

Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, "Sərhədçi" İdman Olimpiya Mərkəzinin meydanına öncə Qazaxıstanın "Kayrat" və Rusiyanın "Dinamo" klubları çıxıb.
 

İlk qarşılaşmadan Rusiya təmsilçisi qalib ayrılıb və finala çıxıb. "Kayrat" isə üçüncü yer uğrunda mübarizə aparmalı olacaq.
 

Daha sonra isə Azərbaycan çempionu "Araz"la İspaniyanın "Barselona" klubu ikinci finalçının adına aydınlıq gətirib. Məhsuldar keçən qarşılaşmanın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Belədə qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Amma seriyada daha dəqiq olan İspaniya təmsilçisi "Araz"ın finala gedən yolunu kəsib. Bu üzdən təmsilçimiz üçüncü yer uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb.
 

Xatırladaq ki, final və 3-cü yer uğrunda oyun aprelin 26-da keçiriləcək.
 

UEFA Kuboku

Dördlər finalı

Yarımfinal


24 aprel
 

Kayrat - Dinamo - 1:2 (0:1)
Qollar: Nando, 25 (0:1), Baron, 31 (1:1), Fernandinyo, 39 (1:2).
 

Kayrat: 2. İquita, 6, Joan, 9. Fumasa, 10. Leo, 12. Aleksandre Moraes.
Ehtiyat oyunçular: 1. Xalyavin, 8. Süleymenov (k), 14. Euler, 5. Jamankulov, 7. Penqrin, 11. Rubinyo, 15. Kafe, 16. Kayo Junior, 20. Baron.

Dinamo: 12. Qustavo, 3. Romulo, 4. Raximov, 11. Çirilo, 18. Fernandinyo.
Ehtiyat oyunçular: 1. Poddubni, 5. Kobzar, 6. Tatu, 8. Nando, 10. Pula, 15. Paulinyo, 7. Fukin, 14. Suşilin.
 

Araz - Barselona - 4:4 (penaltilərlə 2:4)
Qollar: Rafael, 3 (1:0), İqor, 12 (1:1), Aykardo, 22 (1:2), Aykardo, 27 (1:3), Fabiano, 28 (2:3), Foqlia, 40 (3:3), Dieqo, 46 (3:4), Amadeu, 49 (4:4).
Penaltilər: Vilde (0:1), Fabiano (0:1), Lin (0:2), Amadeu (1:2), Saad (1:3), Rafael (2:3), Lozano (2:3), Davi (2:3), Torras (2:4).
 

Araz: 12. Popov, 15. Rafael, 18. Auqusto, 10. Foqlia, 11, Davi.
Ehtiyat oyunçular: 1. Buranello, 2. Periç, 3. Fabiano, 5. Felipe, 7. Çuyeç, 9. Amadeu, 14. Borisov (k), 20. Məmmədkərimov.

Barselona: 14. Paço Sedano, 2. Aykardo, 3. Torras (k), 8. Lin, 13. Vilde.
Ehtiyat oyunçular: 1. Kristian, 15. Çema, 5. Qabriel, 6. Fernandao, 7. Dieqo, 9. Lozano, 10. İqor, 11. Saad, 19. Adrian Orteqo.


---------
10:34

Bu gün Bakıda futzal üzrə UEFA kubokunun "Dördlər finalı" start götürür.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropanın ən güclü 4 klubu kubokun sahibini müəyyənləşdirmək yolunda ilk matçlarına çıxacaq. Yarımfinalın ilk görüşü Qazaxıstan və Rusiya çempionları arasında olacaq. UEFA kubokunun son qalibi "Kayrat" "Dinamo"nu sınağa çəkəcək.

Ardınca isə meydana Azərbaycan çempionu "Araz" çıxacaq. Naxçıvan təmsilçisi İspaniya nəhəngi "Barselona" ilə üz-üzə gələcək. Futboldan fərqli, futzal meydanında o qədər də əzəmətli olmayan Kataloniya təmsilçisi ilə 3-cü dəfə görüşəcək "Araz" ilk qələbə iddiasındadır. Finala çıxmağa çalışacaq Joze Alesionun yetirmələri bu səddi uğurla adlamalıdırlar.

24 aprel


1/2 final

18:30. "Kayrat" (Qazaxısran) - "Dinamo" (Rusiya)
21:00. "Araz" (Azərbaycan) - "Barselona" (İspaniya)

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.