İdman

"Atletiko" növbəti mövsüm dağılacaq?

24 Aprel 2014 10:03
0 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Atletiko Madrid" futbol klubunun bu mövsüm göstərdiyi gözəl oyun komandanın dağılmasına gətirib çıxara bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropanın nəhəng futbol klubları komandanı hissə-hissə sökməyə başlayıblar. Xəbərdə bildirilir ki, "Atletiko"nun hücumçusu David Vilya "Yuventus"un maraq dairəsinə düşüb. Turinlilər 32 yaşlı hücumçu ilə danışıqlara hazırlaşırlar. "Atletiko" isə yaxşı məbləğ müqabilində Vilyanı satmağa hazırdır. Baxmayaraq ki, komandanın əsas hücumçusu Dieqo Kosta da mövsümün sonunda "Çelsi"yə keçə bilər.

"Çelsi" gələn mövsüm icarə əsasında "Atletiko"ya verdiyi qapıçı Tibo Kurtuanı da geriyə ala bilər. Bundan əlavə, Arda Turan da "Atletiko"nu tərk etməyə hazırlaşdığını bildirir. Komandanın bir neçə digər futbolçusu da mövsüm sonunda klubdan gedə bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.