İdman

"Bakı"nın məşqində dava

23 Aprel 2014 18:05
1 Şərh     Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Topaz Premyer Liqasının XXXI turunda "İnter"ə 0:4 hesabı ilə uduzan "Bakı"da sular durulmaq bilmir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, maddi böhran içərisində olan paytaxt təmsilçisi daha bir problemlə üzləşib. Belə ki, bu gündən "Sumqayıt"la matçın hazırlıqlarına start verən komandada məşq formalarının olmamağı diqqət çəkirdi. Hazırlıqlarını klubun bazasında davam etdirən "zolaqlılar" məşqə oyun zamanı istifadə olunan formalarla çıxmışdılar. Komandada problemlərin olması futbolçuların məşqə soyuq yanaşmasından da sezilirdi.

Daha çox toplu çalışmalara üstünlük verildiyi hazırqlıda baş məşqçi Milinko Pantiç də qayğılı görünürdü.

İkitərəfli oyun zamanı isə yenicə zədədən qayıdan Georgios Pelagiasa qarşı Yure Travner kobud oynadı. Bundan narazı qalan kiprli müdafiəçi sloveniyalı futbolçunun üstünə hücum çəkdi. Lakin komanda yoldaşlarının müdaxiləsindən sonra ara sakitləşdi. Risto Ristoviç Mario Alvares arasında da mübahisə yaşandı. Maraqlıdır ki, Pantiç həmin mübahisələrə müdaxilə etmədi.

Onu da qeyd edək ki, məşqi Pantiçin köməkçisi Mario Fernandes keçirdi. Serbiyalı mütəxəssis isə məşq boyunca ancaq top daşımaqla məşğul idi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.