İdman

İtaliya klubları "Arsenal"ın müdafiəçisinə "hücum çəkiblər"

23 Aprel 2014 17:45
0 Şərh     Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Arsenal" klubunun müdafiəçisi Tomas Vermalen İtaliyadan daha bir təklif alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Napoli"nin ardından "İnter" də belçikalı futbolçunun xidmətində maraqlıdır. Təcrübəli futbolçunun meneceri Aleks Krus da bu xəbəri təsdiqləyib: ""Napoli" daha öncədən Vermalenlə danışıqlar aparır. Ancaq 28 yaşlı futbolçu ilə digər klublar da yaxından maraqlanır. Həmin komandalar arasında "İnter" də var. Görünür, dünya çempionatını gözləməli olacağıq. Çünki Vermalen gələcək karyerası ilə bağlı qərarını məhz mundialdan sonra açıqlayacaq".

Qeyd edək ki, Vermalen 2009-cu ildən "Arsenal"ın şərəfini qoruyur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.