İdman

"Barselona" prezidenti Blatterə qarşı

23 Aprel 2014 14:47
750 Şərh     Baxış: 2 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Barselona" prezidenti Xosep Mariya Bartomeu mayın 6-da FİFA prezidenti Yozef Blatterlə görüşəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, görüşdə Kataloniya klubuna yeni oyunçuların alınması qadağası müzakirə olunacaq. Xatırladaq ki, FİFA aprelin 2-də rəsmi açıqlama ilə çıxış edərək, "Barselona"ya 2 transfer mövsümündə yeni oyunçular alınmasının qadağan edildiyini bildirib. Ali futbol qurumu bunun Kataloniya klubunun beynəlxalq transferlər və yeniyetmə futbolçuların qeydiyyatı zamanı qaydaları pozması ilə bağlı olduğunu bildirib.

Bartomeu və Blatter görüş barədə telefon danışığı zamanı razılaşma əldə ediblər. "Barselona" prezidenti bu görüşdə qadağanın ləğv edilməsinə nail olmaq niyyətindədir. Təkbətək görüş İsveçrədə keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.