İdman

Amerikalı boksçu Kliçkonun mətbuat konfransını pozdu və hədələdi - VİDEO

23 Aprel 2014 14:02
0 Şərh     Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Amerikalı ağır çəkili boksçu Şennon Briqqs özünü Vladimir Kliçkonun keçirdiyi mətbuat konfransına soxub və onu döyüşə çağırıb.

Milli.Az anspress-ə istinadən məlumat verir ki, qalmaqal aprelin 22-də baş verib. Həmin vaxt ukraynalı boksçu jurnalistlərlə görüşərək şənbə günü Aleks Leapai ilə nəzərdə tutulan görüşündən danışırmış. Kliçko tərəfindən rəqib kimi seçilmədiyində əsəbiləşmiş Briqqs öz futbolkasını cırıb, onu ukraynalı idmançının qarşısına atıb və revanş imkanı tələb edib. "Sən əsl çempion deyilsən, xalqın çempionu mənəm", - deyə əsəbləşmiş amerikalı qışqırıb.

Mühafizəçilər özündən çıxmış Briqqsi yalnız 10 dəqiqədən sonra oradan uzaqlaşdıra biliblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.