İdman

Teymur Rəcəbov: "Şəmkir Chess bizim üçün Linares turniri olacaq"

20 Aprel 2014 10:03
0 Şərh     Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov azərisport.az saytına açıqlamasında Şəmkir Chess 2014 turniriylə bağlı fikirlərini söyləyib:

"İlk olaraq təşkilatçılara təşəkkür etmək istərdim. Hər şey yüksək səviyyədədir. Bakıdan Şəmkirə gəlmək, qidalanmaq və eləcə digər amillər hamını razı salır. Bu yarış dünyanın ən mötəbər turnirlərindən biridir. Synergy Group-a çox sağ ol deyirəm. 22-ci kateqoriyalı şahmat aləmi üçün vacibdir. Bütün Avropada böhran olduğu üçün turnirlərin sayı azalıb. Şəmkir Chess bizim Linaresdir. Bu turnirin gələcəyi çox böyükdür.

6 yaşımdan Vüqar Həşimovla birgə yarışlarda iştirak edirik. O, mənə yaxın insan, dost, qardaş olub. Uşaq yaşlarından onunla birgə çıxış edəndə beynəlxalq turnirlərdəki digər iştirakçılar 3-cü yer barədə düşünərdilər. Vüqarla birgə Azərbaycan millisi Avropa çempionatında tarixi qələbə qazandı. Bu yığmamızın ilk böyük uğuru oldu. Təəssüf ki, indi Vüqar bizimlə deyil. O, sona qədər mübarizə apardı. Heç vaxt sevimli şahmatından ayrı düşmürdü. İnanıram ki, turnir yüksək səviyyədə keçəcək. Vüqarın xatirəsi hər zaman bizimlə olacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.