İdman

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri başlayıb

20 Aprel 2014 09:38
0 Şərh     Baxış: 1 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Şəmkirdə Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə beynəlxalq şahmat turnirinə start verilib. "Synergy Group"un təşkilatçılığı ilə baş tutan nüfuzlu yarışa ulduz şahmatçılar qatılıblar. Turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, beynəlxalq reytinq siyahısında üst pillələrdə olan Fabiano Karuana, Hikaru Nakamura, Sergey Karyakin, o cümlədən, azərbaycanlı qrossmeysterlər, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov iştirak edəcəklər.

"A" turnirinin mükafat fondu 100 min avro təşkil edir. 30 min avroluq mükafat fonduna malik "B" turnirinə isə 10 şahmatçı qatılacaq. Şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group"un təşkil etdiyi mötəbər yarış 10 gün davam edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.