İdman

Pantiç: "Məni başqa məqamlar daha çox düşündürür"

19 Aprel 2014 15:50
0 Şərh     Baxış: 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Çox maraqlı və çətin oyun olacaq. İkinci yerlə dördüncü yerin qarşılaşması başqa cür ola da bilməz. "İnter"lə aramızda 5 xallıq fərq var. "Bakı" üçün final görüşüdür. Final oyunları isə oynanılmır, qələbə qazanılır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç klubun rəsmi saytına açıqlamasında deyib.

Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində "İnter"lə qarşılaşacaq "Bakı"nın serbiyalı mütəxəssisi bu görüşdə qələbə qazanmağın vacibliyini önə çəkib: ""İnter"in baş məşqçisi Kaxaber Sxadadzenin işini də yüksək qiymətləndirmək lazımdı. O, uzun müddətdi bir komandada çalışmaqla əsl oyun fəlsəfəsini ortaya qoyub. Cari mövsüm bu iki rəqibin görüşlərində heç-heçə tendensiya halını alıb. İnşallah, sabah qələbə qazanıb bu hala son qoymalıyıq. Əlbəttə, bizim əvvəlki görüşlərdə kifayət qədər fərqlənmək şanslarımız olsa da, çox qol vura bilməmişik. "İnter" bütün komandalar üçün çətin rəqibdi. Məni üzən məqam sabah Rauf Əliyevin meydana çıxa bilməməsiylə bağlıdı.

"İnter"lə 1:1 başa çatan əvvəlki oyunda da Raufun xidmətindən məhrum olduq. Ancaq bu, o demək deyil ki, mən mübarizə aparmaqdan qorxub, ağlayıram. Mövsüm boyu "Bakı" və "İnter" turnir cədvəlində yanaşı pillələrdə olub. Finişə doğru "İnter"in 2-ci pilləyə qalxması məni bir o qədər narahat etmir. Komandam bu yerə gəlib çatıbsa, deməli, əziyyətləri böyükdür. Məni "Bakı"nın tutduğu mövqe yox, başqa məqamlar daha çox düşündürür. Sabah layiqli oyunla turnir cədvəlində "İnter"ə daha da yaxınlaşmağa çalışacağıq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.