İdman

Falkaodan şad xəbər

19 Aprel 2014 16:25
0 Şərh     Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Monako"nun və Kolumbiya millisinin hücumçusu Radamel Falkaonun həkimi azarkeşləri sevindirəcək fikirlər səsləndirib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, kolumbiyalı futbolçunu əməliyyat edən həkim onun Braziliyada keçiriləcək mundialda iştirak edəcəyini bildirib: "Düşünürəm ki, Falkao dünya çempionatına gedəcək. 4 ay 19 gün bu tip zədələrin sağalması üçün bəs edər. Ancaq dünya çempionatının start oyununa qədər futbolçunun 100 faiz əvvəlki formasını bərpa edəcəyi də real deyil".

Xatıladaq ki, Falkao Fransa kuboku yarışında həvəskar "Mona" klubu ilə oyunda zədələnmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.