İdman

İbrahimoviçin meneceri: "Qvardiola axmaqlıq edib"

19 Aprel 2014 14:32
2 Şərh     Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az goal.com-a istinadən xəbər verir ki, İsveç millisinin ulduzu Zlatan İbrahimoviçin meneceri Mino Raioladan "Barselona"nın keçmiş baş məşqçisi olan Pep Qvardiolanı sərt tənqid edib: "Zlatan "Barselona"da oynadığı müddətdə həmişə ikinci planda tutulub. İbrahimoviç "Barselona"da heç kimdən dəstək görmədi. Komandada heç kim onu önəmsəmədi. "İnter"dən ora transfer ediləndə dünyanın ən yaxşı hücumçusuydu. Ancaq "Barselona"ya gələndə onun oynamasına icazə verilmədi. Qvardiola da onu səbəb göstərmədən komandadan ayırdı".

Zlatanın meneceri Qvardiola haqqında sərt ifadələrdən istifadə edib: "Pep səhvini heç zaman boynuna almayıb. Etdiyi səhvi qəbul etməsini özünə təhqir kimi görür. Bir futbolçuya 79 milyon avro ödəyib və oynatmayan məşqçi yalnız axmaqlıq etmiş olur".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.