İdman

Dieqo Simone: "Bundan sonra xal itirə bilmərik"

19 Aprel 2014 13:12
0 Şərh     Baxış: 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simone "Elçe" ilə görüşdən sonra fikirlərini bölüşüb.

Milli.Az qol.az-ın məlumatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis bundan sonra xal itirmək şanslarının olmadığını bildirib: "Elçe" ilə görüşdə xarakter nümayiş etdirdik. Futbolçularım meydanda çox iş gördülər. Bundan sonra xal itirə bilmərik. Artıq Çempionlar Liqasının yarımfinal mərhələsində qarşılaşacağımız "Çelsi" ilə oyuna hazırlaşmalıyıq".

Qeyd edək ki, "Elçe"yə 2:0 hesabı ilə qalib gələn "Atletiko" liderliyini davam etdirir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.