İdman

"İdman Azərbaycan" kanalında Zəlimxan Yaqubu kiminlə səhv saldılar?

19 Aprel 2014 12:04
1 Şərh     Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən axşam "İdman Azərbaycan" kanalının canlı yayımında maraqlı hadisə baş verib.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, efirdə "MMA" qaydasız döyüş turniri yayımlanan zaman şərhçi Siyavuş Əliyev Rusiyanı təmsil edən Zelimxan Yusipovla həmyerlimiz Heydər Məmmədəliyevin döyüşündə rəqib idmançını səhv təqdim edib. S.Əliyev Zelimxan Yusipovu Azərbaycanın xalq şairi Zəlimxan Yaqub kimi elan edib. Azərbaycanlı tamaşaçılar bunu gülüşlə qarşılayıblar.

Qeyd edək ki, həmin döyüşdə həmyerlimiz Heydər Məmmədəliyev qalib gəlib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.