İdman

İngiltərədə ilin futbolçusu kim olacaq?

19 Aprel 2014 10:53
0 Şərh     Baxış: 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İngiltərə futbolçularının Həmkarlar İttifaqı 2013-2014-cü il mövsümünün "İlin futbolçusu" adına namizədləri elan edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 6 nəfərlik siyahıya "Liverpul"un 3 futbolçusu daxildir.

Çempionluq yarışının əsas favoritlərindən olan "Livurpul"u Luis Suares, Stiven Cerrard Daniel Starric təmsil edir. Liverpul üçlüyündən əlavə, siyahıda "Mançester Siti"dən Yaya Ture, "Çelsi"dən Eden Azar və "Sauthempton"dan Adam Lallanın adları var. Maraqlıdır ki, Lallan top-klubda oynamayan yeganə futbolçudur.

Starric və Azar həm də "İlin ən yaxşı gənc futbolçusu" adı uğrunda da mübarizə aparırlar. Bu siyahıya "Liverpul"dan Rəhim Sterlinq, "Arsenal"dan Aeron Remzi, "Everton"dan Ross Barkli, "Sauthempton"dan Lyuk Şonun da adları daxil edilib. Qaliblərin adları aprelin 27-də Londonda açıqlanacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.